"Vaksin vurulandan sonra da xəstələnmək mümkündür" - Baş infeksionist

"Vaksin vurulandan sonra da xəstələnmək mümkündür" - Baş infeksionist 

Artıq bir neçə həftədir ki, ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasının qarşısını almaq üçün peyvəndləmə prosesi aparılır.

Report.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazovu deyib.

Onun sözlərinə görə, vaksinasiya və karantin rejimi pandemiyanın mümkün qədər tez bitməsini təmin edə bilər: "Bu prosesdən sonra yoluxma hallarının sayında azalma gözlənilir. Hələlik vaksinasiya edilənlər yalnız bir inyeksiya alıblar. İkinci inyeksiya ediləndən sonra bir müddət keçməlidir ki, orqanizmdə infeksiyaya qarşı anticisimlər formalaşsın. Yalnız həmin prosesdən sonra vaksinasiyanın ilk nəticələrini görmək olar. Vaksin olunanların sayı artdıqca, müsbət nəticələr də özünü göstərəcək. İnfeksionistlər peyvəndləmənin vacib olduğunu hesab edirlər, çünki peyvənd virusun mövcud forması ilə deyil, həm də onun mutasiya olunmuş formaları ilə mübarizə aparmağa imkan verir".

“Vaksin vurulandan sonra da xəstələnmək mümkündür. Bu, bir tərəfdən inyeksiyadan sonra az müddət keçdiyinə görə vaksinin öz təsirini göstərməməsi və qoruyucu anticisimlərin formalaşmaması ilə əlaqədar ola bilər. Yaxud peyvənd olunandan sonra əmələ gələn immunitetin zəifləməsi nəticəsində baş verə bilər. İmmunitet zəifləyirsə, peyvənd olunan şəxsdə əmələ gələn anticisimlərin sayı azalırsa, təkrar peyvəndə ehtiyac var. Buna görə də sanitar və gigiyenik qaydalara mütləq şəkildə əməl olunmalıdır”, - deyə baş infeksionist bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi