Vəkil Adil İsmayılovla bağlı 15 gün əvvəlki qərar ləğv edildi: "Mən pisliyi unudanlardanam..."
“Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir il müddətinə vəkillik fəaliyyətimin dayandırılması barədə özünün 9 sentyabr 2019-cu il tarixli qərarını ləgv etdi.
Əminəm ki, fəaliyyətimin bərpa edilməsi barədə xəbəri məni istəyən hər bir şəxs sevinclə qarşılayacaq, qalanlar özləri bilər”.
Bu sözləri tanınmış vəkil Adil İsmayılov deyib.
O bildirib ki, bundan sonraki fəaliyyətini əsasən vəkilliyin inkişafına, vəkilin cəmiyyətdə layiq olduğu yeri tutmasına , vəkil kimi ona ehtiyacı olanların hüquqlarının qorunmasına yönəldəcək:
“Daha qlobal planlarım da var, vaxtı çatanda paylaşacam.
İndi isə daim mənim yanımda olan, öz varlığını və mənim tək olmadığımı hiss etdirən hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm, yaxşı ki, varsınız və mənimləsiniz. Eyni zamanda, vəkillik fəaliyyətimin bərpa edilməsində birbaşa iştirak etmiş şəxslərə minnətdarlığımı bildirirəm. Mən pisliyi unudanlardanam, yaxşılığı əsla unutmuram!”./strateq.az
Bu xəbər üçün şərh yazın