Vüqar İskəndərov: “Ermənistanın siyasi ekspertləri, deputatları, sadə vətəndaşları spikeri lənətləyirlər”

Vüqar İskəndərov: “Ermənistanın siyasi ekspertləri, deputatları, sadə vətəndaşları spikeri lənətləyirlər” 

“Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təqdim edilən islahatlar paketi həyatımızın bütün mərhələlərini və sahələrini əhatə edir.

Həmçinin, Azərbaycan parlamenti də bu islahatlardan kənarda qalmayıb. Sonuncu 2020-ci il parlament seçkilərindən sonra spiker və vitse-spikerlərin, komitə sədrlərinin, eləcə də müavinlərin müxalifəti təmsil edən və ya müstəqil deputatlardan seçilməsi,  ümumiyyətlə, parlamentin aktivliyi ölkə daxilindəki "5-ci kolon" tərəfindən qəbul edilmir. Belə insanlar, konkret olaraq, mübarizələrin iqtidar yox, dövlət əleyhinə yönəldiblər. Onlar nə milli, nə də dost və ya neytral ölkələrin mənbələrinə deyil, düşmən dövlətlərin mənbələrinə istinad edir, yalan məlumatları cəmiyyətə püskürərək dövlətə və xalqa pislik edirlər. Milli Məclisinin spikeri Sahibə Qafarovanın çoxşaxəli fəaliyyəti və parlament diplomatiyası sahəsində uğurlarını görməmək kor olmaq deməkdir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

 

Deputat qeyd edib ki, Sahibə Qafarovanın siyasi savadı, məsələləri düzgün qiymətləndirməsi, xarici dillərdə səlis danışması və arqumentlərini dəqiq ifadə etməsi bir çox dövlətlərin parlament spikerlərinin və deputatlarının da diqqətindən yayınmır: “Qazaxıstanda keçirilən beynəlxalq tədbirdə spikerin Ermənistan parlamentinin spikeri ilə olan dialoqu və orada səsləndirilən fikirlər hər bir azərbaycanlının ürəyini qürurlandırıb. Bunu edənin spiker olmaqla yanaşı, həm də Azərbaycanın savadlı və qətiyyətli xanımı idi. Sahibə Qafarova tədbirdə Azərbaycanın ədalətli mövqeyini layiqli şəkildə müdafiə etdi. Ona görə də Ermənistanın siyasi ekspertləri, deputatları, sadə vətəndaşları öz spikerlərini lənətləyirlər, onun Azərbaycan parlamentinin spikerinin qarşısında aciz qaldığını başa düşürlər. Bu, Ermənistanın siyasətinin zəlil günündə olmasının sübutudur. Təəssüf ki, içimizdə olanların Sahibə Qafarovanın gözəl arqumentləri qarşısında hansısa texniki səhvini qabartmaları bizə çox tanışdır. Belə hallara, adətən, deputatların xarici səfərlərində də rast gəlinir. Baxmayaraq ki, deputat hansısa siyasi gedişlər edir və dövləti müdafiə edir, amma müəyyən bir qrup bunları kənara qoyaraq, siyasi xadimin ayağını əyri qoymasını, əlini elə yox, belə tutmasını, gözünü qıymasını problemə çevirir və bunu tirajlayırlar. Biz bunun dəfələrlə şahidi olmuşuq, yəni, yenilik deyil. Sadəcə olaraq, çox təəssüf doğurur ki, biz dövləti belə inkişaf etdirə bilmərik. Nə olmasından asılı olmayaraq, yalnız qarayaxma kampaniyası aparmaq nəyə lazımdır?! Bu, təəssüf doğuran faktdır. Bununla yanaşı, əlbəttə ki, parlament spikerinin uğurlu səfərləri davam edir və həm rəsmi, həm də işgüzar səfərlər Prezident İlham Əliyevin parlament üçün təqdim etdiyi strateji yol xəritəsinə tam uyğundur. Bu missiya spiker Sahibə xanım Qafarova və əksər deputatlar tərəfindən uğurla həyata keçirilir. Gəlin, çalışaq ki, dostlarımızı sevindirək, düşmənlərimizin isə gözlərini kor edək. Bunun üçün ümumilli məsələlərdə xoş söz deyə bilməyənlər, heç olmazsa yerinizdə sakit oturun, bir az daha dərindən düşünün. Siz də bu xalqın nümayəndəsisiniz, dövlətin uğuru sizin də uğurunuz hesab edilir".

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi