Xalidə Kəngərli ölümündən əvvəl hansı fotoları yaxınlarına göndərib? - YENİ DETALLAR
Özünü yaşadığı binanın hündür mərtəbəsindən atan tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin ölümü ilə bağlı yeni detallar üzə çıxıb.
Bizim.media.az xəbər verir ki,Xalidə Kəngərlinin ölümündən əvvəl döyülməsi ilə bağlı bədənində müxtəlif işgəncə izlərinin olması ilə bağlı fotolar olub.
Yaxınları tərəfindən həmin fotolar istintaqa təqdim edilib, araşdırılması istənilib.
Ölüm hadisəsi baş verəndən sonra olayla bağlı mediada və sosial şəbəkələrdə yayılan bəzi məlumatlarda Xalidə Kəngərlinin ölümündən əvvəl əri Rüfət Kəngərli tərəfindən şiddətə məruz qaldığı iddia olunub.
Xalidə Kəngərli əri tərəfindən döyülməsi ilə bağlı bədənində olan şiddət izlərini çəkib və yaxınlarına göndərib.
Mərhum həkimin bu fotoları çəkməsinə səbəb onun ərindən boşanmaq istəməsi olub. O, bu fotoları boşanma iddiası ilə bağlı keçiriləcək məhkəmədə istifadə etmək istəyib.
Qeyd edək ki, iyunun 27-də saat 17 radələrində 1984-cü il təvəllüdlü Xalidə Kəngərli paytaxtın Yasamal rayonu ərazisində yerləşən binanın 10-cu mərtəbəsində yaşadığı mənzilin eyvanından özünü ataraq ölüb.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Yayılan məlumatlara görə, Xalidə Kəngərli xeyli vaxt əri tərəfindən şiddətə məruz qalıb. Şiddət görən qadının bədəninin müxtəlif nahiyələrində işgəncə izlərinin də olduğu iddia olunub.
Qeyd olunur ki, Xalidə Kəngərli ölümündən əvvəl ərinin şiddətinə məruz qalıb.
Hazırda bu iş üzrə istintaq araşdırması davam edir.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın