Xanım nazir müavininin vəzifəsindən çıxarılma ehtimalı var
Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Nigar Əliyevanın vəzifəsindən çıxarılma ehtimalı var.
Faktinfo.az saytının məlumatına görə, artıq Səhiyyə naziri Oktay Şirəliyev xanım müavininin vəzifəsində qalmasını istəmir. Bu onunla izah olunur ki, Nigar Əliyeva ona göstərilən etimaddan sui-istifadə edib, kadr seçimində tələbə yoldaşlarını, münasib bildiyi şəxsləri səhiyyə müəssisələrinə rəhbər vəzifələrə yerləşdirib. Məsələn, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəylinin də Nigar Əliyevanın tələbə yoldaşı olduğu qeyd olunur.
Nigar Əliyevanın sayları heç də az olmayan kadrlarını himayə etməklə bərabər, onlardan olunan obyektiv şikayətləri də zərərləşdirə bildiyi, bunların isə geniş narazılıqlara səbəb olduğu bildirilir.
Qeyd edək ki, gundelik-baku.com saytı da bir neçə gün əvvəl Nigar Əliyeva ilə bağlı məlumat yayıb.
Saytın məlumatına görə, səhiyyə nazirinin 61 yaşlı müavini olan Nigar Əliyevanın adı büdcə vəsaitlərinin mənimsənilməsində və sair xoşagəlməz işlərdə çəkilib. Nazir müavini təyin olunana qədər maddi baxımdan sıxıntı yaşayan Nigar xanım, hazırda ölkənin ən varlı şəxslərindən birinə çevrilib. O, bu illər ərzində Bakının müxtəlif ərazilərində mənzillər, ticarət obyektləri alıb. Səlahiyyətlərindən istifadə edərək, oğlunun adına apteklər, bir neçə özəl klinika açıb. Şəhərin mərkəzində dəyəri milyonlarla ölçülən obyektləri, aptekləri ilə bərabər 777 nömrəli son model avtomobil kolleksiyasına da sahiblənə bilib.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın