“Xocalı soyqırımının törədilməsində 366-cı alay xüsusi rol oynayıb” - Prezidentin köməkçisi
“30 il əvvəl Azərbaycanın Xocalı şəhərində faciə baş verib”.
APA.az-ın xəbərinə görə, bunu bu gün Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş konfransda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Azərbaycan Prezidentinin köməkçisi beynəlxalq mətbuatda Xocalı soyqırımının işıqlandırılması barədə danışıb.
“Xocalı tək Azərbaycanın faciəsi deyil, bu, bəşəriyyətin ləyaqətinin alçaldılması idi. Xocalı bütövlükdə beynəlxalq ictimaiyyətin faciəsidir”, - Hikmət Hacıyev qeyd edib.
O vurğulayıb ki, soyqırımın törədilməsində 366-cı motoatıcı alay xüsusi rol oynayıb: “Xocalı mütəşəkkil hərbi qüvvələrin keçirdiyi əməliyyat zamanı işğal olunub, soyqırımı törədilib”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın