Yaxın tarix,15 iyun 1993-cü il: Heydər Əliyevin Bakıya dəvət edilməsi hansı suallara cavab verdi?
Müstəqil Azərbaycan Respublikasının istənilən vətəndaşı, tarixçisi və siyasətçisi bilir ki, Qafqazın aparıcı xalqı kimi Azərbaycanın böyük ərazisi ilə qalmasını onun düşmənləri heç vaxt istəməyib.
Respublikamız müstəqillik qazandıqdan bir müddət sonra ermənilər və onların havadarları xırda bir qiymətləndirmə aparıb yəqin etdilər ki,əgər Azərbaycan müstəqil olaraq getdikcə güclənərsə,illər sonra qarşısı alınmaz bir dövlətə çevriləcək,zaman-zaman yağmalanmış torpaqlarının geriyə qaytarılması istiqamətində hərəkətə keçəcəkdir.O cümlədən ermənilərin havadarları da dərk edirdilər ki, Azərbaycan Türkiyənin bu regionda maraqlarına imkan yaradarsa,onlar bir daha imperya maraqlarından çıxış edə bilməyəcəklər,bu olsa belə istəklərinə nail ola bilməyəcəklər.Məhz erməniləri havadarları ilə birləşməyə sövq edən də budur. Tarixə nəzər salanda açıqca oxunur ki,Azərbaycanın istismar edilməsinin,xalqının ikinci plana keçirilməsinin əsas səbəbi də elə budur.Məsələ sadədir,nə vaxt ki, ermənilər torpaq iddiaları ilə çıxış edir,imperialist güclər də maraqlar müqabilində Azərbaycan torpaqlarının müəyyən faizini zorla da olsa ermənilərə bəxş etməlidirlər.
Tarix 1991-ci il,oktyabr ayının 18-dən etibarən xalqımız təkrar müstəqillik qazanır. Amma 1993-cü ildə ölkənin başı üzərində yenə qara buludlar gəzməyə başladı. Beləliklə,Azərbaycanın sərhədlərində ermənilər at oynadır, xarici müdaxilə qaçılmaz bir şəkildə müstəqilliyi təhdid edir,ölkədə çaşqınlıq yaradırdı.Məqsəd respublikanı dörd bir tərəfə parçalamaq,düşmən ölkələr üçün əhəmiyyət kəsb edən şəxsi ölkə rəhbərliyinə gətirmək idi.
Artıq bir müddət əvvəldən başladılmış siyasi avantüranı prezident Əbülfəz Əliyev (Elçibəy) və onun komandası bilir,amma yaranmış vəziyyəti aradan qaldırmaqda çətinlik çəkirdilər.Belə vəziyyətdə siyasi qətiyyət nümayiş etdirmək, xalqın haqq səsini dünyaya çatdırmaq,hakim komanda olaraq birləşib yekdil qiymətləndirmə aparmaq tələb olunurdu.Kollegial mövqedən çıxış edilməməsi isə prezident olaraq Əbülfəz Elçibəyi məyus edirdi.Nəhayyət,1993-cü ilin may ayından başlayaraq hakimiyyət daxili gərginliyin biraz da artması siyasi xaosa gətirib çıxardı.
1993-cü il,Surət Hüseynovun rəhbərliyi altında 4 iyun hərbi qiyamı baş verdikdən sonra isə hakimiyyətdə olan AXC çıxılmaz vəziyyətdə qaldı,yaranmış situasiyaya görə hakimiyyət nümayəndələri bir-birilərini ittiham edərkən, daxili vəziyyəti parlametdə edilən qarşılıqlı ittihamlar biaz da ağırlaşdırırdı.Tarixə bələd şəxslər üçün isə adamın gözləri qarşısında IX əsr xanlıqlar dövrü xatırlanırdı. Müstəqilliyimizin əldən getmə təhlükəsi an məsələsi idi.Hətta,xarici müdaxilə elə planlaşdırılmışdı ki,KİV-i oxuyan ölkə vətəndaşları kimin doğru,kimin yanlış fikir söylədiyini ayırd edə bilmirdilər.Xəbərlər bir-birini təkzib edirdi.Xalq kimin arxasınca gedəcəyini, kimin sözünə riayət edib,ona dəstək verəcəyini anlamırdı.Bu da xalq üçün ən axrıncı hədd, qorxulu vəziyyət və müstəqilliyin sonu ola bilərdi. Bunu o vaxtkı iqtidar, hazırkı iqtidara müxalif olan bütün siyasi qüvvələr dərk edir, qorxu və həyəcan içində çabalayırdılar.
Bəs çıxış yolu nə idi?
Bu suala cavab tapa bilmirdilər.Daha doğrusu fikirlər ziddiyət təşkil edirdi.Zaman isə düşmənin xeyrinə işləyirdi. Ölkənin sabahına biganə qala bilməyən bir qrup tanınmış ziyalı isə Heydər Əliyevin Naxçıvandan Bakıya dönməsini təkidlə səsləndirir, iqtidarda olanlara istiqamət verirdilər.Bir sözlə,Əbülfəz Elçibəy və hakimiyyətində təmsil olunan bəzi şəxslər,o cümlədən bir qrup ziyalının Heydər Əliyevi Bakıya dəvət etdiyi günlərdə,insanlar Parlamentin qarşısında bu çağırışa təkidlə dəstək verməyə başladı.
Heydər Əliyev Bakıya gəlib mövcud vəziyyəti yaxından öyrəndikdən sonra Gəncəyə yola düşdü.Onu orada nələrin gözlədiyini bilə-bilə... Bunları 1993-cü ilin sessiya iclaslarına baxanlar, o dövr az da olsa ictimai-siyasi vəziyyəti qiymətləndirə bilənlər, hadisələrə şahidlik etmiş şəxlər, bütövlükdə daxilində ədalət hissini hələ də itirməmiş bütün insanlar bilir. Real vəziyyət nədən ibarət idi? Heydər Əliyevi sonrakı mərhələdə nələr gözləyirdi? Heydər Əliyev bu mürəkkəb situasiyadan respubilkanı çıxara biləcəkdimi? Bu kimi suallar ictimaiəti yaxından düşündürürdü.
Heydər Əliyev isə çox gözəl anlayırdı ki,proseslərin arxasında hansı dövlətlər durur,istəkləri nədir? Mən üzərimə götürdüyüm bu missiyanı müstəqilliyimizə xələl gəlmədən necə həll edəcəm? Amma, onu həm də bir sual düşündürməmiş deyildi: mən bacara biləcəyəmmi? Tarix, həm də xalqım qarşısında üzərimə götürdüyüm bu taleyüklü işi yerli şəraitlə,cəhd edilmiş xarici müdaxilə və daxili çəkişmələr girdabında çöküşə məruz qalmış iqtisadi vəziyyətlə necə uzlaşdırıb vəziyyətdən çıxacağam? Mənimlə barışarsınız ki,istənilən siyasətçi bu suallar ətrafında fikirləşərdi,olsun ki,Heydər Əliyev kimi təcürbəli siyasətçinin nəzərindən bunlar qaçaydı.
Həqiqətən düz deyiblər,nəzəri biliyin nə qədər olur-olsun,bu bilik təcrübə ilə uzlaşmırsa, demək, onun bir o qədər anlamı yoxdu.Xoşbəxtlikdən,Heydər Əliyev uzun illər Respublikaya rəhbərlik etmiş,SSRİ Nazirlər Kabinetində çalışmışdı.Bu səbəbdən şəraitə uyğun atılacaq bütün siyasi addımlara qarşı qoyulacaq konturları özü üçün müəyyənləşdirə bilmişdi. Elə bu səbəbdən o, Milli Məclisdə MDB-yə üzv olmaq üçün parlamentdə qüvvələr nisbətini xeyrinə dəyişdi. Çox-çox sonralar isə xalqımız anladı ki, bu addım doğru imiş, zaman isə göstərdi ki, sonradan MDB-nin elə də bir anlamı olmadı və bu quruma alternativ GUAM kimi bir təşkilat da Heydər Əliyevin təşəbbüsü ilə yaradıldı.
Çünkü,müstəqilliyimiz üçün qorxulu vəziyyət hələ də qalırdı.Cənubda Talış-Muğan,şimalda Sadvalçılar,Qərb bölgəsində Gəncəbasar,əhval-ruhiyəsində olanlar vardı,daxildə siyasi gərginlik qalırdı.Bunlar qısa müddətdə bir illik Əbülfəz Elçibəy hakimiyyəti dövründə olduğu vəziyyətə bənzəyirdi. Amma, bu son deyildi.Heydər Əliyev gecələr yatmır,yuxusuz gecələrdən borc aldığı zamanlar hesabına respublikanın gələcəyinin ştrixlərini ustalıqla cızırdı.O,tədricən beynəlxalq aləmə çıxır, milli siyasət yeridir, dövlətlərarası bərabərhüquqlu diplomatik münasibətlər qurur, yeni parlamenti formalaşdırır, ilkin hal kimi bazar iqtisadiyyatı fövqündə daxili iqtisadi siyasəti qismən də olsa tənzimləyirdi.Görünür,Heydər Əliyev bilirdi ki,müstəqillik əldə etmək başlıca şərt olsa da,onu qoruyub hifz etmək ondan da ağır bir prosesdir.Xalqımızın başına gətirilənlərin əsl səbəbi də budur. Belə də,Azərbaycan xalqının içində milli dövlətçilik ruhu güclü olsa da,ayrı-ayrı tarixi mərhələlərdə ötəri olub, əbədiyyət rəmzinə çevrilə bilməmişdi. M.Ə.Rəsulzadə hakimiyyəti 23 ay mövcud olub,bir illik Əbülfəz Elçibəy hakimiyyəti dövrü müstəqilliyimizə təhdidlərlə yekunlaşıb,qorxulu dövr yaşatmışdı.
Demək ki,müstəqil dövlət olmaq istənilirsə, ilkin şərt kimi güclü hakimiyyət formalaşdırıb,bunun fövqündə təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir.Bu mütləqdir.Düzdür, bu Heydər Əliyevin həyatını,sağlamlığını risk altına alacaq, amma bunu etməmək də mümkünsüzdür. Bunun üçün isə birinci şərt rəhbərdən tələb olunan iradə və daxilində olan cəsarətdir.
Bu kriteryalar da Heydər Əliyevin xarakterində olduğundan onun qarşısında möhtəşəm vəzifələr dururdu:
1.Ölkədə siyasi anarxiyaya,xaosa son qoymaq üçün ictimai-siyasi sabitliyə nail olunmalıdır.
2.Hərbi üstünlüyə malik olan düşmənlə atəşkəsə nail olmaq lazımdır.
3.Milli dövlət quruculuğu yolunda əsaslı işlər görülməlidir.
4.Əhalinin məşğulluğunu təmin etmək üçün özünü doğruldan təsərrüfat sisteminə keçmək üçün torpaq islahatı aparılmalıdır.
5.Paralel olaraq Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün Avropa-ABŞ istiqamətində diplomatik gedişlər edilməlidir.
6.Xüsusilə özəl xarakter daşıyan batalyonlardan imtina edərək vahid komandanlıq yaradılmalıdır.
7.Xarici investorların Azərbaycana cəlb edilməsi üçün ilkin olaraq, əsrin müqaviləsi imzalanmalıdır.
Nəticədə, müstəqilliyimizə təminat verəcək bu ilkin başlıca əsaslar uğurla həyata keçirilərdisə,iqtisadi- siyasi -hərbi imkanlarımızı zamanla səfərbər edib işğal altında olan torpaqlarımızı şərait yarandığı təqdirdə geri qaytara bilərik.
Bunun üçün isə mütləqdir ki,əvvəlki siyasi rəhbərlərin edə bilmədiklərini edib,fərqlənəsən.Bu isə fiziki cəhətdən yox olmaq qədər qorxulu bir iş idi. Ya tarixdə qalmalı,ya da çəkilib bir kənarda sakit yaşamağı tərcih etməlisən.Təbii ki,indiyə qədər olduğu kimi məhkum millətlərə hakim olan imperiya,məkrli qüvvələr tarixin səhnəsindən könüllü imtina etməyəcəkdir.Dövlət müstəqilliyimizin əleyhinə düşmənçilik niyyətində olanlar həmişə regionda strateji maraqlarını təmin etmək,aparıcı siyasi,iqtisadi mövqelərini qorumaq üçün xalqın mübarizə əzmini qırmaq, çaşqınlıq yaratmaq üçün istənilən vasitələrə əl atacaqlar.Keçid dövrünün çətinliklərindən istifadə etmək kimi bütün mexanizmlər hərəkətə gətiriləcəkdir.
Həqiqətən də belə oldu:- xalqımızın başına hansı müsibətlər gətirilmədi ki?..
Beləliklə, Heydər Əliyev ölkədə anarxiyaya, xaosa son qoyaraq ictimai-siyasi sabitliyi bərqərar etdi.Uzlaşdırılması çətin də olsa 20 sentyabr tarixində əsrin neft müqaviləsini imzaladı.
Həmçinin,nə qədər qorxulu və çətin olsa da,özəl xarakter daşıyan batalyonları ləğv edərək vahid komandanlıq yaratmaq lazım gəldiyini subuta yetirdi.O,bununla çox möhtəşəm və mürəkkəb olan məsələni - Əbülfəz Elçibəy dövründə müstəqilliyimizin təhdid edilməsi elementlərini belə aradan qaldırdı.
Xarici investorların Azərbaycana sərmayə qoyması gerçəkləşdi.Artıq Azərbaycan güclənir,bir zamanlar onu qəbul etməyən dövlətlərin qəbul edə biləcəyi anlamında çiçəklənən bir dövlətə çevrilirdi.
Əbəs yerə deməyiblər ki, tarixdə fikirlər deyil,daha çox əməllər qalır. Bununla, təkzibedilməz tarixə obyektiv qiymət verə biləcək,nəsillər üçün Heydər Əliyevin ictimai-siyasi və diplomatik fəaliyyətinin 1993-cü ilin iyun ayının 15-dən başlayaraq maneəli, əzablı, çətin olduğu müəyyənləşdi. Yekun olaraq respublikamız üçün 15 iyun 1993-cü il tarixdə nəyin başlanğıcı olub, harda tamamlandığını Heydər Əliyev xarakteri cavablandırdı. Bəli,əbəs yerə deyilməyib ki,tarixi günlər xalqın gələcəyini müəyyən edən böyük başlanğıcların əsasını qoyur. Tariximizə "Milli Qurtuluş Günü" kimi daxil olan 1993-cü ilin 15 iyun tarixi də,artıq belə tarixi günlərdən biri hesab edilə bilərdi.
Dahi rəhbər bilirdi ki,nə qədər Azərbaycan dövləti iqtisadi cəhətdən güclü olsa,heç bir dövlətdən asılı olmayacaq,iqtisadi amil hər zaman müstəqil siyasət yeritməyə rəvac verəcək, xalqın mənafeyinə zidd hər hansı bir akta imza atılmasına yol verilməyəcək. Elə də oldu. İndi kim deyə bilər ki, xalqın, millətin, dövlətin xeyrinə olmayan hər hansı bir xarici siyasət həyata keçirilir,nələrəsə göz yumulur? Budur,1993-cü il, 15 iyun tarixində Heydər Əliyevin ikinci dəfə respublika həyatına rəhbərlik dövrünün tarixdən silinməyəcək səbəbləri,15 iyunla bağlı axtarılan və bu suallara özünün timsalında verdiyi cavab.
Odur ki, 1993-cü il iyun ayının 15-də xalqın təkidi ilə ikinci dəfə siyasi hakimiyyətə gələn Heydər Əliyev tarix qarşısında öz missiyasını maksimum layiqincə yerinə yetirdi, Respubilkanı dörd bir tərəfə parçalanmaqdan qorudu. Heç vaxt büdrəməyəcək,güclü,qüdrətli Müstəqil Azərbaycan Dövlətinin başlıca təməl prinsiplərini yaradıb,həmişəlik xarici müdaxilələrdən hifz etdi və istənilən xarici müdaxiləyə qarşı aşılmaz bir sədd yaratdı. Siyasi arenalarda,meydanlarda müstəqilliyimiz uğrunda mübarizə apardı, buna da nail oldu.
Özünü tanıyanlar, az-çox tarixdən anlayışlı olanlar bilirlər ki,siyasət klassiki Heydər Əliyev bir çox tarixi şəxsiyyətlərlə çiyin- çiyinə dayandı,öz tarixi obrazını özü yaratdı.
Xüsusi qeyd: Məqalə 14 iyun 2017-ci ildə yazılıb.Bu gün -15 iyun 2024-cü il "Milli Qurtuluş günü"dür.Artıq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu,20 faiz işğal altında olan torpaqları işğalçılardan təmizləyərək ölkənin ərazi bütövlüyünü bərpa edib.Qayət,Heydər Əliyevin 15 iyun,1993-cü il tarixindən etibarən gələcək perespektivlərə hesablanmaqla həyata keçirtmiş olduğu syasət özünü doğruldub.
Yüksək amal və ideal sahiblərinə yaraşan da budur.
Fuad İsgəndərov
Faktinfo.az saytının baş redaktoru
Bu xəbər üçün şərh yazın