Yay gəlməmiş Kürün suyu quruyub - FOTO
Xəbər verdiyimiz kimi, 10 gün əvvəl Kür çayının Salyan rayonundan keçən hissəsində çay tamamilə quruyub.
Report.az-ın Muğan bürosunun əməkdaşı yerli sakinlərdən hazırkı vəziyyəti öyrənməyə çalışıb.
Rayon sakinlərinin sözlərinə görə, çayda su artmayıb. Su böhranı hazırda da davam edir: "İçməli sudan və əkin sahələrini suvarmaqda çətinlik çəkirik".
Analoji vəziyyət Neftçala rayonunda da yaşanır.
Faktinfo.az xatırladır ki, mətbuatda yayılan xəbərlərə görə,Aqroparklar Kürün suyunu qurudur.Bu barədə akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin rəhbəri Mirnuh İsmayılov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Yevlaxa qədər çayda iki mindən yuxarı qanuni və qeyri-qanuni nasos stansiyaları işləyir. Onlar suyu gecə-gündüz götürürlər. Hökumət bu istiqamətdə iş görsə də yerli qurumların, bələdiyyələrin də görəcəyi iş çoxdur.
Hazırda suvarma üçün suyu daha çox aqroparklara və yeni suvarma sistemi ilə təhciz edilmiş sahələrə verirlər. Yerdə qalan kiçik fermerlərə su çatmır. İqlim dəyişiklikləri nəticəsində yağıntı azalır, havanın temperaturu və suvarma norması artır. Azərbaycanda yeni suvarılma sistemi ilə qurulan sahələr otqal-örüş sahələri hesabına genişlənməkdədir.
Həmin sahələrin təyinatı dəyişdirilir. Əvvəl otlaq sahəsi olan ərazilər sürətlə aqroparklara çevrilir. Bunlar suya təlabatı artırır. Kiçik fermerlər nəticədə əziyyət çəkir. Onlara suyu rejimlə,az verirlər. Bu yay Neftçala və Salyanda müəyyən çətinliklər olacaq. Ona görə də su ehtiyatlarını düzgün idarəetmək lazımdır. Bizim apardığımız müşahidələr göstərir ki problemlərin aradan qaldırılması çox gec həyata keçirlir. Baxmayaraq ki, bu sahədə dövlət başçısının fərmanları var. Hələ də çatışmayan cəhətlər çoxdur.
Bu xəbər üçün şərh yazın