Yunanıstanlı general Türkiyəni hədələdi: - “Əsgərlərimiz burnunuzun dibindədir”

Yunanıstanlı general Türkiyəni hədələdi: - “Əsgərlərimiz burnunuzun dibindədir” 

Yunanıstanın keçmiş general-leytenantı Georgios Kampas Türkiyəyə qarşı təhdid dolu açıqlamalar verib.

Publika.az xəbər verir ki, Kampas yerli televiziya proqramında çıxışı zamanı Yunanıstanın adalarda hərbi mövqelərini gücləndirdiyini və Türkiyə sahillərinə yaxın ərazilərdə də hərbi qüvvələr yerləşdirdiyini bildirib.

Onun sözlərinə görə, Yunanıstanın hərbi strategiyası yalnız müdafiə ilə məhdudlaşmır, hücum imkanlarını da nəzərdə tutur.

“Bütün Türkiyə bu sözlərimi eşitsin. Türkiyənin burnunun dibində əsgərlərimiz var. Rho, Strongyli, Aqathonisi və Panagia adalarında yunan hərbçiləri yerləşib. Xüsusilə Panagia adası Türkiyə sahillərinə yaxındır”, - deyə o bildirib.

Kampas Yunanıstanın yeni silah sistemləri sayəsində əməliyyat imkanlarını artırdığını da iddia edib. O, çəkindirmə strategiyasının təkcə silahlanmadan ibarət olmadığını, mümkün hücum əməliyyatlarının da bu planlara daxil edildiyini söyləyib.

“Məsələ yalnız onların bizə hücum etməsi deyil. Bizim də onlara hücum edə biləcək imkanlara sahib olduğumuzu anlamalıdırlar”, - deyə Kampas vurğulayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər
⇪