Zeynalovlar sükutu pozdular -

Zeynalovlar sükutu pozdular - Emin Zeynalov azad oluna bilər

Ötən il həbs olunmuş "Günay Bank” ASC-nin İdarə Heyəti sədrinin keçmiş müavini Emin Zeynalov və yaxınları belə görünür ki, sükutu pozmaq qərarına gəliblər.

Son günlər bir sıra mətbuat orqanlarının səhifələrində,eləcə də "Yeni Sözçü” qəzetinə istinadən  bir sıra saytlarda "Günay Bank” ASC-də baş vermiş müəmmalı maliyyə fırıldağı haqqında  fərqli mövqelər yer  almağa başlayıb.Məqalələrdən belə başa düşülür ki, 13 aylıq fasilədən  sonra sükut pozulub və fərqli fikirlərin gündəmə gətirilməsi əlavə  həqiqətlərin üzə çıxmasına şərait yaradıb.

Yazılan məqalələrlə bağlı Emin Zeynalovun mövqeyinin öyrənmək mümkün olmadığı üçün onun ailə üzvülərinin mövqeyini öyrənmək istədik. Bu məqsədlə Emin Zeynalovun  atası ölkənin tanınmış bank mütəxəsislərdən sayılan Zakir Zeynalovun münasibətini öyrəndik.

13 ay ərzində KİV-lərə danışmamalarının  səbəbinə aydınlıq gətirən Zakir Zeynalov bildirdi ki, yazılanlara münasibət bildirməmələrinin bircə səbəbi var: "Mahmud Məmmədov bizə söz vermişdi ki, problemi həll edəcək və oğlum Emin azadlığa çıxacaq. Ancaq zaman ötdükcə onun bizi aldatmağa çalışdığını anlamağa başladıq. Son 3-4 ay ərzində isə səbrimiz tükənməyə başladı və Mahmud Məmmədovla bir neçə dəfə ciddi söhbətimiz də oldu. Ancaq o hər dəfə israrla bizi Eminin azadlığa buraxılacağına inandırıb, səbr etməyi tövsiyyə edirdi. Nəhayyət bizim səbrimiz tükəndi və biz həqiqətlərin ortaya çıxmasına özümüzdə qüvvə tapdıq. İnanırıq ki, həqiqət üzə çıxacaq və ölkə ictimaiəti vəziyyətin nə yerdə olduğunu ətraflı şəkildə biləcək”.

Qeyd edək ki,adı 100 milyonluq bank oğurluğunda keçən bir bankirin atasının belə inamlı danışması başqa mətləblərdən xəbər verir.Yəni indiyədək gizlədilmiş işin mahiyyəti  üzə çıxacağı halda Emin Zeynalovun  məsuliyyətdən azad olunacağını proqnozlaşdırmaq olar.

Famil Əbdulrəhmanlı


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi