10 dəqiqə ərzində Livandan İsrail ərazisinə 100-ə yaxın raket atılıb
Bu gün Livandan İsrail ərazisinə 10 dəqiqə ərzində 100-ə yaxın raket atılıb.
AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, atılan raketlərdən 15-i yaşayış məntəqələrinə yaxın ərazilərə düşüb.
İsrail Müdafiə Qüvvələri (IDF) Livan ərazisindən atılan raketlər “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemi tərəfindən uğurla vurulduğunu bildirib.
Ancaq Matsuva, Şlomi, Hanita, Admit, Eylon, Hila, Roş HaNikra və Ərəb əl Aramaşe də daxil olmaqla Livan sərhədinə yaxın şəhərlərdə xəbərdarlıq siqnallar davam edərkən, yerli sakinlər İsrailin şimalında güclü partlayış səsləri eşidildiyini bildirib
Müdafiə naziri Yoav Gallant da İsrailin şimalındakı təhlükəsizlik vəziyyətinin təfərrüatları ilə tanış olduğunu açıqlayıb və əlavə edib ki, cavab üçün ilkin göstərişlər İDF qərargah rəisinə verilib.
İsrail xarici işlər naziri Eli Kohen də "Twitter"də raket hücumu barədə açıqlama verib.
Raket zərbəsi nəticəsində bir israillinin yüngül xəsarət aldığı bildirilir.
Bu xəbər üçün şərh yazın