"10 noyabr bəyanatı tam icra edilməsə, Ermənistan daha da ağır duruma düşəcək" - Prezident

"10 noyabr bəyanatı tam icra edilməsə, Ermənistan daha da ağır duruma düşəcək" - Prezident 

"Ermənistanda indi tamamilə böhranlı vəziyyət hökm sürür. Mən onların daxili vəziyyəti ilə bağlı hər hansı bir şərh vermək istəməzdim.

 Prinsip etibarı ilə biz heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmırıq. Xüsusilə də belə həssas məqamda. Ancaq müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq".

Bunu Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında deyib.

"Noyabrın 10-da imzalanan bəyanat icra edilir və tam icra edilməlidir. Bəyanatın müddəalarının böyük hissəsi artıq icra edilib. Ancaq elə məsələlər var ki, onlar indi müzakirə mövzusudur. Ümid edirəm ki, Ermənistanda yaranan vəziyyətə baxmayaraq bəyanat icra ediləcək. Əks təqdirdə Ermənistan daha da ağır duruma düşəcək. Ermənistanın qarşısında seçim o qədər də böyük deyil və yeni reallıqla barışmalı və hesablaşmalıdır", - dövlət başçısı əlavə edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi