20 Yanvar şəhidi Fərizənin bacısı koronavirusdan vəfat etdi - Tibb bacısı işləyirdi
20 Yanvar şəhidlərindən İlham və Fərizə Allahverdiyevlər ailəsinin bir üzvü koronavirusun qurbanı olub.
Fərizənin bacısı Elza xanım ( iş yoldaşları ona Toma deyirdi) ötən gecə koronavirusdan vəfat edib.
65 yaşlı tibb bacısı, 2 saylı Əfəndiyev adına şəhər klinikasında koronaviruslu xəstələrlə çalışırdı.
Peşə borcunu yerinə yetirərkən virusa yoluxan qadının vəziyyəti ağırlaşdığından reanimasiyaya yerləşdirilmişdi.
Qeyd edək ki, Elza Fərizənin böyük bacısı idi.
O, son 3 ildə ard-arda ata və anasını da itirmişdi.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın