“347 manat gəlirim var, 200-ünü dərmanlara verirəm” - Rəmiş
Xalq artisti Rafiq Hüseynov (Rəmiş) "Bizimləsən” verilişinin qonağı olub.
Faktinfo.az axşam.az-a istinadən xəbər verir ki, gitara ifaçısı aylıq gəlirindən danışıb. Onun xanımı Gülü bildirib ki, ayda cəmi 347 manat gəliri var: "100 manat Rəmişin "xalq artisti” adına görə alırıq. 66 manat təqaüdüdür. Mən isə 187 manat təqaüd alıram. Ayda 347 manat evə pul gəlir. Ayda 100 manat işıq pulu veririk. 60 manat benzinə xərcləyirik. Rəmişin dərmanları isə 200 manat edir. Allah xalqımıza kömək olsun. Onlar sənətkarı ac qalmağa qoymaz”.
"Mənim dostlarım var. Bir də tez-tez Təyyar Bayramov mənə baş çəkir. Nəyə ehtiyacım olsa, bir zəngimlə hər şey edirlər" deyə, Rəmiş bildirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın