4 rayonun hər birində 1 nəfər işsiz var- Dövlət Statistika Komitəsi
Dövlət Statistika Komitəsi 2018-ci ilin yanvar-avqust ayına ölkə üzrə qeydə alnan işsizlərin sayını açıqlayıb.
Faktinfo.az Fed.az-ın hesabata istinadən xəbər verir ki, bu ilin 8 ayında ölkədə rəsmi surətdə işsiz kimi qediyyatdan keçənlərin sayı 35 min 440 nəfər olub.
Komitənin hesablamalarına görə, ölkədə ən çox işsiz Bakı şəhərindədir. Paytaxtda 18 553 nəfər işsiz var ki, bu da ümumi işsizlərin 52%-idir. Sumqayıtda isə 1 266 nəfər işsiz qeydə alınıb.
Ən az işsiz olan rayonlara ,eləcə də rəsmi məlumata görə, ayrı-ayrı rayon və şəhərlərə gəlincə, bölgələrdə ən çox işsiz olan ilk 10 rayon-şəhərləri bunlardır:
Mingəçevir şəhəri (1125 nəfər)
Bərdə rayonu (1013 nəfər)
Kəlbəcər rayonu (878 nəfər)
Gəncə şəhəri (772 nəfər)
Ağdam rayonu (739 nəfər)
Abşeron rayonu (641 nəfər)
Hacıqabul rayonu (634 nəfər)
Göyçay rayonu (581 nəfər)
Quba rayonu (513 nəfər)
Lənkaran şəhəri (416 nəfər)
Azərbaycanda ən az işsiz olan 10 rayon isə aşağıdakılardır:
Tovuz rayonu (6 nəfər)
Goranboy rayonu (4 nəfər)
Ağıstava rayonu (3 nəfər)
Daşkəsən rayonu (3 nəfər)
Balakən rayonu (3 nəfər)
Qəbələ rayonu (3 nəfər)
Astara rayonu (1 nəfər)
Qusar rayonu (1 nəfər)
Beylaqan rayonu (1 nəfər)
Ağcabədi rayonu (1 nəfər)
Bu xəbər üçün şərh yazın