“400 KVADRAT KİLOMETR ƏRAZİ AZAD EDİLİB” – Ukrayna Ordusu bu istiqamətdə azı 20 kilometr irəliləyib

“400 KVADRAT KİLOMETR ƏRAZİ AZAD EDİLİB” – Ukrayna Ordusu bu istiqamətdə azı 20 kilometr irəliləyib 

ABŞ-ın Müharibə Təhqiqat İnstitutu(ISW) Ukrayna Ordusunun Xarkov istiqamətindəki əks-hücum əməliyyatları barədə məlumat yayıb.

AzPolitika.info xəbər verir ki, institutun mütəxəssisləri Ukrayna Silahlı Qüvvələrinin Xarkov Vilayətində, İzyum şəhərinin şimal istiqamətində ən azı 20 kilometr irəlilədiyini qeydə alıblar: “Ukrayna qüvvələri 6-7 sentyabr tarixlərində Rusiyanın nəzarətində olan ərazilərin azı 20 kilometr dərinliyinə qədər irəliləyiblər və İzyum şəhərinin şimalında, Kupyansk istiqamətində 400 kvadrat kilometrə qədər ərazini qaytarıblar. Geolokasiyadan görünür ki, Ukrayna qüvvələri eləcə də şimal-şərq istiqamətində Balakleya, Verbovka, Yakovenkovo və Voloxovski Yar şossesi və Şevçenko istiqamətində irəliləyib”.

Bununla yanaşı, ISW qeyd edir ki, Rusiya mənbələri sözügedən bölgədə işğal olunmuş ərazilərin kifayət qədər dərinliklərində Ukraynanın Kəşfiyyat Diversiya Qruplarının aktiv fəaliyyət göstərdiklərini bildirirlər.

Xatırladaq ki, Prezident Volodimir Zelenski də ötən gün “Xarkov cəbhəsindən xoş xəbərlər olduğunu” bəyan edib, lakin azad edilən yaşayış məntəqələrinin adlarını açıqlamayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi