50 rus hərbçisi məhv edilib - Ukrayna açıqladı
Şastye şəhərinə hücum dəf edilib, düşmən itki verib.
Bu barədə Ukraynanın Strateji Kommunikasiya və İnformasiya Təhlükəsizliyi Mərkəzi məlumat verib.
“Hücuma cəhd nəticəsində düşmənin texnikası və 50-yə hərbçisi məhv edilib. Şastye bizimdir!”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, daha öncə Rusiya dəstəkli separatçı qüvvələr Şastye şəhərini ələ keçirdiklərini açıqlamışdılar./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın