550-yə yaxın vətəndaşımız Rusiyadan qayıtdı
Azərbaycan və Rusiya arasındakı anlaşmaya əsasən, COVID-19 səbəbi ilə qonşu ölkədə qalan Azərbaycan vətəndaşlarının vətənə dönüşü təşkil edilib.
“Yaraq-Qazmalar” (Rusiya) – “Samur” (Azərbaycan) buraxılış məntəqələri ərazisində yaradılmış xüsusi “dəhliz”dən 548 Azərbaycan vətəndaşı keçərək vətənə dönüb.
“Bunlar koronavirus səbəbi ilə Rusiyadan ayrıla bilməyən və aprelin əvvəlindən etibarən rayonumuzun ərazisinə gələnlər idi. Hamı “dəhliz”dən göndərildi. Göndəriş aprelin 20-nə keçən gecə baş tutub”, - administrasiyanın mətbuat xidmətindən TASS-a bildiriblər./Yenisabah.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın