648 HƏRBÇİDƏN CƏMİ 3 NƏFƏR SAĞ QALDI - Ruslara elə bir zərbə vuruldu ki....
"Ukraynanın Baş Qərargahı, Müdafiə Nazirliyi və kəşfiyyatı bir çox bölgələrdə müdafiəyə keçən rus qoşunlarının son dərəcə aşağı əhval-ruhiyyəsə olduğunu qeyd edir.
Çünki bir çox hərbçilər sadəcə olaraq Ukraynaya getməkdən imtina edirlər”. Redaktor.az xəbər verir ki, bu barədə brifinqdə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksiy Aretoviç bildirib.
O izah edib ki, bunun səbəbləri, xüsusən də burada rus hərbçilərinin verdiyi böyük itkilər, onlar haqqında məlumatlar Rusiyaya çatıb.
Belə ki, Aretoviçin sözlərinə görə, rusların 200-cü motoatıcı briqadasının batalyon-taktiki qrupu Ukraynada xeyli itki verib: "Döyüşə göndərilən 648 hərbçidən 645-i həlak olub. Cəmi üç nəfər qalıb, onlardan ikisi yaralanıb".
Prezident Ofisi rəhbərinin müşaviri bildirib ki, Novorossiyskdən olan 7-ci hava desant-hücum diviziyasının şəxsi heyətinin Ukraynaya qarşı müharibədə iştirakdan imtina etdiyinə görə iki ilə qədər həbs cəzası ilə qorxudulmasına baxmayaraq, tərkibin təxminən 50 faizini əlavə edə biliblər. Diviziyanın alaylarından birinin döyüş əməliyyatlarında iştirakdan imtina etdikləri barədə hesabat yazılıb.
"Biz Milli Qvardiya bölməsinin şəxsi heyətinin və Rusiya polisinin bura getməkdən imtina etməsindən də xəbərdarıq. Rusiya hakimiyyəti tərəfindən Rostov-na-Donuda Ukrayna xalqını öldürmək üçün getməkdən boyun qaçıran 12 belə şəxs hazırda təqib olunur", – Aretoviç bildirib.
Bu xəbər üçün şərh yazın