69 yaşlı prezident ata oldu
Finlandiya Prezidenti Sauli Niinistö və həyat yoldaşı Jenni Haukio cütlüyünün oğlu olub.
Faktinfo.az xəbər verir ki, bu barədə prezident öz "Facebook" səhifəsində məlumat verib.
"Biz indi balaca bir oğlanının valideynləriyik", - deyə o bildirib.
Interfax informasiya agentliyinin məlumatına görə, uşaq dünən axşam saat 8-də Helsinkidə Qadın Klinikasında (Naistenklinikka) doğulub. Prezidentin də doğuşda iştirak etdiyi və körpənin vəziyyətinin yaxşı olduğu bildirilir. Bu evlilik 69 yaşlı prezidentin ikinci nikahıdır. Onun birinci həyat yoldaşı 1995-ci ildə avtomobil qəzasında həlak olub. Birinci evliliyindən Nauti və Matias adlı iki oğlan övladı var. Prezident 2009-cu ildə 40 yaşlı şairə Jenni Haukio ilə ailə həyatı qurub. Sauli Niinistö Finlandiya tarixində prezidentliyi dövründə ata olan yeganə şəxsdir. Bu uşaq onun 3-cü uşağıdır. Amma, həyat yoldaşının ilk övladıdır.
Sauli Niinistö yanvarın 28-də yenidən ölkə prezidenti seçilib və fevralın 1-də vəzifəsinin icrasına başlayıb. O, 67,2 faiz səslə 7 rəqibini xeyli qabaqlayıb və seçkilərin ilk turunda qələbə qazanıb.
Bu xəbər üçün şərh yazın