7 rayonun qaytarılma sənədi var, müzakirədədir

7 rayonun qaytarılma sənədi var, müzakirədədir - Nikoldan şok

Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş prezident Serj Sərkisyanın Qarabağ məsələsi ilə bağlı onlara saxladığı mirasdan danışıb.

 Ermənistan mediasının verdiyi məlumata əsasən, Paşinyan ictimaiyyətə açıqlamasında qeyd edib ki, yeddi rayon – Ağdam, Fizuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Kəlbəcər və Lacının Azərbaycana qaytarılması ilə bağlı sənəd artıq hazır idi.

“Sənəddə Ermənistanla Qarabağ arasında dəhliz saxlanılacaqı da qeyd olunmuşdur. İndi də bu sənəd danışıqlar masasındadır. Bizə bu Sərkisyandan miras qalıb. Biz nə edə bilərik?” - deyə Ermənistanın Baş naziri vurğulayıb./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi