"8-ci km Ticarət Mərkəzi" yenidən - TƏŞKİL OLUNUR
"8-ci km Ticarət Mərkəzi" şirkəti ASC-dən MMC-yə çevrilib.
FED.az xəbər verir ki, "Səhmdarların ümumi yığıncağının 30 noyabr 2022-ci il tarixli qərarına uyğun olaraq "8-ci km Ticarət Mərkəzi" ASC yenidən təşkil olunmaqla "8-ci km Ticarət Mərkəzi" MMC-yə çevrildiyini elan edir. Kreditorlar iki ay ərzində öz tələblərini Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 38K ünvanına bildirsinlər",- şirkətin məlumatında deyilir.
1 milyon 31 min manat nizamnamə kapitalı olan "8-ci km Ticarət Mərkəzi"nin qanuni təmsilçisi Məmmədov Rüfət Qubad oğludur.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın