AB Belarusu SWIFT-dən ayırmağa hazırlaşır
Avropa Birliyi Belarus banklarını da qlobal maliyyə əməliyyatlarının əsasını təşkil edən SWIFT sistemindən çıxarmağı düşünür.
Bu barədə “Röyters” AB rəsmisinə istinadən məlumat yayıb.
“Biz indi Belarusun maliyyə sektoru üçün də oxşar həllərin hazırlanmasını nəzərdən keçiririk. Təbii ki, SWIFT Belarus iqtisadiyyatı üçün Rusiya iqtisadiyyatı qədər strateji əhəmiyyət kəsb etmir”, - agentlik qeyd edib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın