Abel Məhərrəmov oğlunun əmlakını keçmiş gəlini ilə böləcək - QƏRAR

Abel Məhərrəmov oğlunun əmlakını keçmiş gəlini ilə böləcək - QƏRAR 

Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov həyat yoldaşı Mehriban Məhərrəmovadan boşanıb.

Mehriban Məhərrəmova artıq əvvəlki soyadını (Eyyubova) daşıyır.


Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində hakim Günay Axundovanın sədrliyi ilə keçirilən məhkəmədə Mehriban Eyyubovanın "əmlak bölgüsü”nə dair iddiası qismən təmin edilib.


Məhkəmə iclası Mehriban Eyyubovanın başqa iddiaları əsasında sabah da öz işini davam etdirəcək.


Qeyd edək ki, M.Eyyubova Baş nazirin 1-ci müavini Yaqub Eyyubovun qardaşı qızıdır.

/Qaynarinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi