ABŞ Azərbaycana 1.7 milyon dollar ayırdı
COVID-19 virusunun yayılması ilə mübarizə üçün ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycana tibbi yardım məqsədilə 1,7 milyon dollar həcmində yardım ayırıb.
Bu barədə Axar.az-a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Vəsait laboratoriya sistemlərinin hazırlanması, yeni yoluxma hallarının aşkarlanmasında və əsaslı nəzarət işlərinin aparılmasında fəallığın artırılması, həmçinin cavab və hazırlıq üzrə texniki mütəxəssislərə dəstəyin və risk şəraitində kommunikasiya efektivliyinin artırılması məqsədilə ayrılıb.
Bir müddət əvvəl dövlət katibi Mayk Pompeo ABŞ-ın koronavirusdan daha çox əziyyət çəkən ölkələrə kömək üçün 274 milyon dollar ayırdığını söyləyib. Bu vəsait 64 ölkə arasında bölüşdürüləcək. Yaradım alan ölkələr arasında Ermənistan da var. ABŞ bu ölkəyə 1.1 milyon dollar ayırıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın