ABŞ Çin mallarına rüsumu 15 faiz qaldırdı – Çin isə ÜTT-yə şikayət verdi
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarına (ABŞ) Çindən idxadl olunan məhsullara əlavə idxal rüsumunun tətbiqi sentyabrın əvvəlindən qüvvəyə minib. Yeni qaydaya görə,112 milyard dollarlıq Çin məhsulu 15 faiz rüsuma məruz qoyulacaq. Bundan əvvəl həmin həcmli məhsullar 10 faiz dərəcəsi ilə ABŞ-a idxal olunurdu.
Rüsum artıq Çində istehsal olunmuş paltar və ayaqqabı məhsullarının yarıdan çoxunu əhatə edir. Bununla əlaqədar olaraq, həmin məhsulların satış qiyməti də qalxa bilər.
KİV-lərin yaydığı məlumata görə, bunun qarşılığında Çinin Ticarət Nazirliyi (TN) ABŞ-a qarşı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) iddia ərizəsi göndərib.
Nazirlikdə qeyd ediblər ki, ABŞ tərəfindən vergiyə cəlb etmə tədbirləri «iki ölkə başçısının görüşündə Osakada əldə olunmuş konsensusla» ciddi şəkildə zidiyyət təşkil edir və Çin buna qəti etirazını bildirir.
«Çin tərəfi özünün qanuni maraqlarını ÜTT-nin müvafiq qaydalarına uyğun olaraq, qəti şəkildə qoruyacaq, çoxtərəfli ticarət sistemini və beynəlxalq ticarət qaydalarını qətiyyətlə müdafiə edəcək» – Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında belə deylir.
Bu xəbər üçün şərh yazın