“ABŞ-da qərara gəlməlidirlər – ya Türkiyə, ya terrorçular…” – Türkiyə
ABŞ Türkiyə ilə dostluq və müttəfiqliyi təhlükə altına qoymamalıdır.
ONA.az-ın türk mətbuatına istinadən yaydığı xəbərinə görə, bunu Türkiyə vitse-prezidenti Fuat Oqtay ABŞ həmkarı Mayk Pensin bəyanatına cavab olaraq deyib.
“Birləşmiş Ştatlar qərara gəlməlidirlər – Türkiyə ilə müttəfiq qalmağı və yaxud dostluğu təhlükə altına qoyaraq terrorçularla əməkdaşlıq etməyi seçməlidirlər”, – deyə F. Oqtay bildirib.
Öncə, ABŞ-ın vitse-prezidenti Mayk Pens Türkiyənin Rusiya istehsalı olan ZRK S-400 raketlərini almasını şərh edərkən bunun qəbul olunmaz olduğunu bəyan edib.
“Türkiyə seçim etməlidir. O, tarixin ən müvəffəqiyyətli hərbi ittifaqında əhəmiyyətli partnyor kimi qalmaq istəyirmi, yoxsa belə düşünülməmiş qərarları – hansılar ki, bizim ittifaqımızı pozur – qəbul edərək bu əməkdaşlığın təhlükəsizliyinə risk etmək istəyir”,- deyə Pens bildirib.
Bu xəbər üçün şərh yazın