ABŞ-dan Putin və ətrafına yeni zərbə

ABŞ-dan Putin və ətrafına yeni zərbə 

ABŞ-da Rusiya Prezidenti Vladimir Putin və onun ətrafının kriptovalyutadan istifadə edərək iqtisadi sanksiyalardan yayınmağın potensial yolunu bağlayacaq yeni qanun layihəsi hazırlanıb.

Bu barədə amerikalı senator Elizabet Uorren Tvitterdə yazıb.

Siyasətçi qeyd edib ki, Amerika tərəfi Rusiya lideri və onun ətrafının kriptovalyutanın köməyi ilə sərvətlərini gizlətməyə və iqtisadi sanksiyalardan yayınmağa imkan verə bilməz.

“Mənim həmkarlarımla birgə hazırladığım yeni qanun layihəsi bu potensial yayınma yolunu bağlayacaq və Rusiyanın məsuliyyətə cəlb olunmasını təmin edəcək”, - senator əlavə edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi