ABŞ-dan Rusiyanın nüvə hədəsinə cavab - "Qara dənizdəki bütün Rusiya gəmilərini məhv edəcəyik..."
"ABŞ Putinin nüvə zərbəsinə cavab verəcək".
AzPolitika.info xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş sədri, istefada olan ordu generalı Devid Petreus "Reuters" agentliyinə bildirib.
"Ukrayna və Krımda meydan döyüşlərində görə biləcəyimiz və müəyyən edə biləcəyimiz bütün şərti qüvvələri, eləcə də Qara dənizdəki bütün Rusiya gəmilərini məhv edəcəyik", - general vurğulayıb.
Xatırladaq ki, Rusiya ordusunun Ukraynanın strateji əhəmiyyətə malik Liman şəhərini tərk etməyə məcbur olması nüvə silahlarının tətbiqi ilə bağlı çağırışları artırıb. Çeçenistanın rəhbəri Ramzan Kadırov və Rusiyanın eks-prezidenti Dmitri Medvedyev Ukraynanı müharibəni dayandırmağa çağırıb, əks halda nüvə zərbələri ilə təhdid ediblər.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın