ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri ADAU-da olublar - FOTOLAR
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin nümayəndələri Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.
Faktinfo.az xəbər verir ki,qonaqlarla görüşən Universitetin rektor əvəzi Zəfər Qurbanov ADAU ilə ABŞ-ın ali təhsil müəssisələri arasında sıx əməkdaşlıq əlaqələrinin olduğunu diqqətə çatdırıb. O bildirib ki, Aqrar Universitetdə professor-müəllim heyətinin və tələbələrin ingilis dili biliklərinin təkmilləşdirilməsi üçün xarici mütəxəssislərin təcrübəsinin öyrənilməsinə ehtiyac var.
Sonra qarşılıqlı əməkdaşlıq perspektivləri və müəllim-tələbə mübadiləsi məsələləri müzakirə olunub.
Çıxış edən qonaqlar Aqrar Unviersitetdə olmaqdan məmnun olduqlarını ifadə edərək, burada fəaliyyət göstərən əməkdaş və tələbələrin ingili dili biliklərinin inkişaf etdirilməsi üçün təkliflər irəli sürüblər.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın