ABŞ-ın Moskvadakı səfiri Putindən məqalə yazdı: "Onun məqsədi SSRİ-nin qüdrətini Rusiyanın timsalında bərpa etməkdir"
ABŞ-ın Rusiyadakı səfiri Maykl Makfol “Washington Post” qəzetində Rusiya Prezidenti Vladimir Putinin strategiyasına həsr olunan məqalə yazıb.
Müəllifin fikrincə, Rusiyanın dirçəldilməsi və onun əvvəlki qüdrətinin bərpası strategiyası qorxuncdur.
Müəllif qeyd edir ki, Putin əsaslı surətdə özünün güclü insan obrazını yaradıb, öz iradəsi və hakimiyyətinin gücü ilə təkbaşına Rusiyanı dirçəldib və onu qüdrətli dövlətə çevirib: “Ancaq təəssüf ki, bu, tez-tez Putinin qanunsuz, amoral, amansız addımlarına səbəb olur. Putin öz “marionetləri” ilə Ukrayna ərazisini işğal etdi, kinli diktator Əsədlə sövdələşməyə gedib Suriyada yüz minlərlə insanı qətlə yetirdi, 2016-ci il prezident seçkiləri zamanı ABŞ-ın suverenliyini pozdu, NATO ölkəsində Rusiya kəşfiyyatının zabitini öldürməyə cəhd etdi. Az öncə isə o, beynəlxalq sularda Ukrayna gəmilərinə hücum etməyi əmr etdi, onlarla Ukrayna dənizçisini oğurlatdı. Lakin əlbəttə, Putin və onun ölkə daxilindəki, eləcə də xaricdəki pərəstişkarlarının fikrincə, məqsəd həmişə vasitəyə haqq qazandırır. Və onların süjet xəttinə görə, məqsəd SSRİ-nin qüdrətini Rusiyanın timsalında bərpa etməkdir”.
Lakin məqalə müəllifi hesab edir ki, Putin bir neçə taktiki qələbə qazansa da, Rusiyanın qüdrətli dövlətə çevrildiyi barədə fikirlər vaxtından əvvəl gəlinən qənaətdir. Makfol hesab edir ki, bu qələbələr uzunmüddətli izolyasiyaya səbəb olub ki, bu da perspektivdə beynəlxalq arenada Rusiyanın mövqeyini zəiflədəcək.Teleqraf.com
Bu xəbər üçün şərh yazın