ABŞ-ın neft ehtiyatları kəskin azalıb
Ötən həftənin (16-22) yekunlarına görə, ABŞ-ın neft ehtiyatları 5,47 mln. barel azalaraq 441,36 mln. barel təşkil edib.
"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.
Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 1,72 mln. barel azalacağını proqnozlaşdırırdı.
Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın