ABŞ İncirlikdən çıxır: proses başladıldı
ABŞ-ın İncirlik bazasında çalışan 424 türkiyəlinin aviabazadan uzaqlaşdırılması prosesinə başlanılıb.
Bu məlumatı Türk Hərbi İş Birliyinin Adana şöbəsinin rəhbəri Erdal Akalın paylaşıb. O, ABŞ şirkətinin bu addımı İraq, Suriya və Türkiyədən çəkilmək istədiyi üçün atdığını bildirib:
“İraq, Suriya və Türkiyədən çəkilmək istədiklərini bildirirlər və bununla əlaqədar olaraq kadr məhdudlaşdırılmasına getmək istəyirlər. ABŞ geri çəkilmək istəyir. Şirkət sadəcə hökumətin izn verdiyi sayda işçi çalışdırır”./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın