ABŞ İranın neft şirkətlərinə sanksiya tətbiq edib – Aktivlər donduruldu

ABŞ İranın neft şirkətlərinə sanksiya tətbiq edib – Aktivlər donduruldu 

Oktyabrın 26-da BirləşmişŞtatlar İranın neft sektorunda fəal olan əsas şirkətlərə, qurumlara və fərdlərə yeni sanksiyalar tətbiq edib.


ABŞ Xəzinədarlığının bildirməsinə görə, sanksiya hədəflərinin fəaliyyəti İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) elit Qüds Qüvvələrini dəstəkləyir.

“İran rejimi neft sektoru hesabına İİKK-nın Qüds Qüvvələrinin sabitsizlik yaradan fəaliyyətini maliyyələşdirir, – Maliyyə naziriStiven Mnuçin bəyanatında deyib. “İran rejimi terrorçu qurumlara və nüvə proqramına dəstəyini İran xalqının ehtiyaclarından üstün tutmaqda davam edir, – o əlavə edib.

Sanksiya hədəfləri içindəİranın Neft Nazirliyi, İran Milli Neft Şirkəti, İran Milli Tanker Şirkəti də var. Qara siyahıya salınanların ABŞ-dakı aktivləri dondurulur, amerikalıların onlarla işləməsi qadağan olunur. Yuxarıda qeyd olunan şirkətlərəəksterror sanksiyaları da tətbiq olunur. Onlar daha öncə də Vaşinqton tərəfindən qara siyahıya salınmışdılar.

Prezident Donald Tramp 2018-ci ildəİranla nüvə sazişindən birtərəfli qaydada çıxandan sonra Vaşinqtonla Tehranın münasibətləri gərginləşib. BirləşmişŞtatlar İrana sanksiyalar tətbiq etməyə başlayıb. Sonradan Tehran da nüvə sazişi öhdəliklərindən geri çəkilməyə başladı.

ABŞ Dövlət katibiMayk Pompeonun sözlərinə görə, sanksiyalar İran rejiminin qonşularını hədələmək, Yaxın Şərqdə sabitsizlik yaratmaq qabiliyyətini məhdudlaşdırmağı hədəfləyən maksimum təzyiq kampaniyasına daxildir.

“İrandan hələ də xam neft alanlar bilməlidirlər ki, onlar İranın YaxıŞərqdəki məkrli fəaliyyətini maliyyələşdirirlər, buraya terrorçuluğa dəstək də daxildir, – Pompeo vurğulayıb.

BirləşmişŞtatlar ötən həftə iddia edib ki, İran 2020-ci il prezident seçkisinə müdaxilə edir. İran isə ittihamıəsassız adlandırıb./azadliq.org

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi