
ABŞ mətbuatı Türkiyə PUA-ların uğurlarından bəhs etdi
Türkiyənin pilotsuz uçan aparatları (PUA) müxtəlif ölkələrdə müzakirə mövzusu olub.
ABŞ-ın “Nəşnl İnterest” dərgisində türk PUA-ları haqqında yazılan məqalə diqqət cəlb edib.
Məqalədə Türkiyə ordusunun Suriyada keçirdiyi əməliyyatda PUA-ların uğurlarından bəhs olunub və “İsraili unudun, Türkiyə Yaxın Şərqin ən böyük PUA gücü olmaq istəyir” ifadəsi işlənib.
Dərgi Türkiyə PUA-larının Suriyadakı əməliyyatlarda Rusiya istehsalı bir çox hava müdafiə sistemlərini məhv etdiyini də yazıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın