ABŞ Rusiya elitasına qarşı sanksiyalar hazırladı
ABŞ Rusiya elitası və onların ailələrinə qarşı sanksiyalar hazırlayıb.
Bu barədə Ağ Ev sözçüsü Cen Psaki deyib.
“Rusiya yenidən Ukraynaya hərbi təcavüz edəcəyi təqdirdə, Rusiya elitası və onların ailə üzvlərinə qarşı konkret sanksiya paketi hazırlamışıq. Müəyyən etdiyimiz şəxslər Kremlin daxili əhatəsinə aiddir, yaxud ona yaxın olan və hakimiyyətin qərarlarında, qeyri-sabitlik yaradan davranışlarında rol oynayanlardır”, - deyə Psaki bildirib./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın