ABŞ Rusiyaya ən ağır zərbəyə hazırlaşır: rubl artıq ucuzlaşır
ABŞ-ın Moskvaya qarşı yeni sanksiyaları Rusiyanın suveren borcuna toxuna bilər.
Bu məlumatı “Nyu York Tayms” öz mənbələrinə istinadən yayıb. Sanksiyaların bu gün elan ediləcəyi gözlənilir.
Artıq bu fonda Rusiya rublu dollara qarşı 17 qəpik ucuzlaşaraq 76,04 rubl təşkil edib.
“Vol Strit Jurnal” qəzeti isə ABŞ prezidentinin bu gün sərəncam imzalayacağını bildirib. Qəzet sərəncamda ABŞ banklarının Rusiyanın dövlət borc öhdəlikləri ilə ticarət əməliyyatları aparmasına qadağanın genişləndirəcəyini yazıb.
Qeyd edək ki, “Blumberq” bundan öncə ABŞ-ın Rusiyanın 12 vətəndaşına və 20 təşkilatına sanksiya tətbiq edəcəyini, eləcə də 10 diplomatını ölkədən qovacağını bildirmişdi.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın