ABŞ səfirliyi bəyanat yaydı :"Gürcüstan demokratiya yolunda geriyə addım atdı"
ABŞ-ın Gürcüstandakı səfirliyi Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın həbsi ilə bağlı dərin narahatlıq ifadə edib.
Diplomatik nümayəndəlik bununla bağlı bəyanat yayıb.
Sənəddə təəssüflə qeyd olunub ki, ABŞ və digər beynəlxalq tərəfdaşların təmkin və dialoqla bağlı çağırışlarına məhəl qoyulmayıb.
Səfirlik güc və təcavüzün Gürcüstanda siyasi ziddiyyətlərin həlli yolu olmadığını bildirib: “Bu gün Gürcüstan Avroatlantik millətlər ailəsində daha güclü bir demokratiya olma yolunda geriyə doğru addım atdı”/Report.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın