ABŞ “Şimal axını-2” layihəsinə qarşı sanksiyaların tətbiqini davam etdirəcək –Açıqlama
ABŞ “Şimal axını-2” qaz kəməri layihəsinə qarşı sanksiyaların tətbiqini davam etdirəcək. Rəsmi Vaşinqton bununla layihənin həyata keçirilməsinin qarşısını alacağına ümid edir.
Bunu ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət katibinin köməkçisinin müavini Kristofer Robinson deyib.
“Biz sanksiya tətbiq etmək istəmirik, lakin layihəni dayandırmaq üçün bu vasitələrdən istifadə edəcəyik”, – deyə K. Robinson qeyd edib.
Onun sözlərinə görə, sanksiyalar öz təsirini göstərir və ABŞ bu layihənin həyata keçirilməsini dayandıracaq.
Xatırladaq ki, “Şimal axını-2” layihəsi Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər, illik gücü 55 mlrd. kubmetr olan iki qaz xəttinin inşasını nəzərdə tutur/APA.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın