“ABŞ ÜST rəhbərliyini dəyişmək istəyir”- Pompeo

“ABŞ ÜST rəhbərliyini dəyişmək istəyir”- Pompeo 

ABŞ rəhbərliyi Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) maliyyə yardımının dayandırılmasından daha da irəli getməyə hazırdır.

Bu barədə “Fox News”a açıqlamasında ABŞ Dövlət katibi Maykl Pompeo deyib.

“ÜST-nin hazırkı rəhbərliyi Vaşinqtonun şikayətləri ilə bağlı məsələləri həll etmək iqtidarında deyil. Bəlkə də ABŞ-ın vergi ödəyicisi vəsaitlərinin ÜST-ə köçürülməsini bir daha imzalamayacaq. Daha da kardinal dəyişikliyə ehtiyacımız ola bilər” – Pompeo ÜST rəhbərliyindəki dəyişikliyə toxunaraq cavab verib./report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi