Abxaziyadan Ermənistana 20 terrorçu gətirilib- Foto
Türkiyə və Azərbaycanı əsassız olaraq Qarabağa “muzdlu döyüşçülər” gətirməkdə ittiham edən terrorçu Ermənistan dövləti muzdlularla əməkdaşlığını açıq-aşkar nümayiş etdirməkdədir.
Faktinfo.az Musavat.com-a istinadən xəbər verir ki, 6 noyabrda Abxaziyadan bir qrup terrorçu Azərbaycana qarşı döyüşmək üçün İrəvana gəlib. “Amşen” adlı “könüllü erməni dəstəsi”nin üzvləri bu gün Ermənistana qaçan Qarabağın baş terrorçusu Araik Arutyunyanla görüşüblər. Bu barədə Arutyunyanın feysbuk səhifəsində paylaşım edilib.
Abxaziya erməni icmasının rəhbəri Qalust Trapizonyan deyib ki, ilkin olaraq 20 nəfər Ermənistana yardım üçün gedib, amma ehtiyac olarsa, yeni dəstələr də döyüş bölgəsinə göndərilə bilər.
Faktinfo.az bildirir ki,bu fakt bir daha kimin muzlu-terrorçu qruplaşmalarla əməkdaşlıq etdiyini sübut edir.
Bu foto İran Xarici İşlər naziri Zərif və Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova üçün tutarlı subutdur ki,Ermənistan tərəfindən muzdlular döyüşür.
Bu xəbər üçün şərh yazın