“Accessbank”da kütləvi istefalar – İDARƏ HEYƏTİ BANKI TƏRK EDİR?
“Accessbank”ın Marketinq Departamentinin rəhbəri Ceyhun Atayevin istefası barədə məlumat vermişdik. Məlum olub ki, “Accessbank”da departament rəhbərindən başqa istefalar da olub.
Pravda.az xəbər verir ki, bankın idarə heyətində də kütləvi istefaların olduğu haqda məlumatlar var. Bu istefalar arasında “Accessbank”ın İdarə Heyətinin üzvü, baş risk inzibatçısı Orxan İsmayılovun da adı hallanır. Ondan başqa İdarə Heyətində iki nəfər də “Accessbank”ı tərk edib.
Departament və İdarə Heyətinin bankı tərk etməsi “Accessbank”da ciddi problemlərin olması barədə siqnallar verir.
İstefa verən şəxslərin vəzifələri və adları barədə daha geniş məlumatın təqdim ediləcəyini də sayt bildirir.
Faktinfo.az istirahət günü olduğundan “Accessbank”dan məsələyə münasibət öyrənə bilməyib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın