"Adama nə qədər zəng edib, pul istəyərlər?"
Müğənni Vasif Məhərrəmli zəng edib, maddi yardım istəyənlərdən cana doyduğunu deyib.
Yenicag.az-a açıqlama verən müğənni hər gün belə mesajlar aldığını bildirib:
“Adama nə qədər zəng edib, pul istəyərlər? Telefonuma baxın, görün nə qədər mesajlar alıram. Hamısı da yazır ki, gözəl ürəyə sahibsiniz, xahiş edirəm, mənə maddi kömək edin. Yazır ki, 17 yaşım var, xəstəlikdən əziyyət çəkirəm, mənə 3 min manat verin. Bu oğlan heç olmasa xəstəlikdən əziyyət çəkir, eləsi var, sağlam insandır. Biri yazıb ki, təzə evlənmişəm, evim yoxdur, kirayədə qalıram, həyat yoldaşım az məvacib alır. Məəttəl qalıram, insanlıq, qürur yəni bu qədərmi yoxa çıxıb, sən tanımadığın adamdan pul istəyirsən?
Hətta nömrəmi tapıb, zəng edənlər də olur. Bu yaxınlarda bir qadın zəng edib şəstlə deyir ki, “müəlliməyəm, ayın axırına qədər mənə 4 min manat borc verin”. Dedim, “ay xanım, mən sizi tanımıram axı, bu 4 min pulu sizə necə borc verim?” İnsanlar var ki, mənim pulum onunkunun yanında dəryada damla qədərdir. Amma insanların gözündə mənimki milyonlar qədər görünür”.
Bu xəbər üçün şərh yazın