ADAU-da "Biotəhlükəsizlik və mikrobiologiya" terminləri izahlı lüğətinin təqdimatı keçirilib

ADAU-da "Biotəhlükəsizlik və mikrobiologiya" terminləri izahlı lüğətinin təqdimatı keçirilib 

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Baytarlıq fakültəsi, Epizootologiya, mikrobiologiya və parazitologiya kafedrasının baş müəllimi, Kənd Təsərrüfatı Nazirliyi      3-cü biotəhlükəsizlik səviyyəli mərkəzi referens laboratoriyasının müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Şəlalə Zeynalovanın "Biotəhlükəsizlik və mikrobiologiya" terminləri izahlı lüğəti kitabının təqdimatı keçirilib.

Faktinfo.az xəbər verir ki,təqdimatda ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, elmi işlər üzrə prorektor, dosent Azad İbrahimov, Baytarlıq təbabəti fakültəsinin dekanı Famil Nəsibov, bir qrup professor-müəllim və tələbələr heyəti iştirak ediblər.

Çıxış edən İbrahim Cəfərov müəllifə uğurlar arzu edərək kitabın qiymətli mənbə olduğunu diqqətə çatdırıb.

Bildirilib ki, ilk dəfə nəşr olunan "Biotəhlükəsizlik və mikrobiologiya" terminləri izahlı lüğətində  terminlərin azərbaycan, rus və ingilis dillərində izahları verilib. Kitab səhiyyə, baytarlıq və biologiya sahəsində çalışan işçilər və tələbələr üçün nəzərdə tutulub.


ADAU-da "Biotəhlükəsizlik və mikrobiologiya" terminləri izahlı lüğətinin təqdimatı keçirilibADAU-da "Biotəhlükəsizlik və mikrobiologiya" terminləri izahlı lüğətinin təqdimatı keçirilibADAU-da "Biotəhlükəsizlik və mikrobiologiya" terminləri izahlı lüğətinin təqdimatı keçirilibADAU-da "Biotəhlükəsizlik və mikrobiologiya" terminləri izahlı lüğətinin təqdimatı keçirilibADAU-da "Biotəhlükəsizlik və mikrobiologiya" terminləri izahlı lüğətinin təqdimatı keçirilibADAU-da "Biotəhlükəsizlik və mikrobiologiya" terminləri izahlı lüğətinin təqdimatı keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi