ADAU-da onlayn “Məzun Yarmarkası-2021” tədbiri keçirilib

ADAU-da onlayn “Məzun Yarmarkası-2021” tədbiri keçirilib - FOTOLAR

ADAU-da onlayn “Məzun Yarmarkası-2021” tədbiri keçirilib

25 may 2021-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) onlayn formada “Məzun Yarmarkası-2021” tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək bildirib ki, pandemiya sosial-iqtisadi həyatın bütün sahələrinə, o cümlədən təhsil sektoruna təsir etməsinə baxmayaraq universitet məzunlarının müvafiq iş yerləri ilə təmin olunması, onların uğurlu karyerası vacib vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır. 

Faktinfo.az xəbər verir ki,bununla əlaqədar olaraq sayca 13-cü yarmarkanın, “Məzun Yarmarkası-2021” tədbirinin onlayn formada keçirilməsi qərara alınmışdır. Ölkəmizdə aqrar sahənin inkişafına dövlət qayğısı sayəsində çoxsaylı iş yerlərinin yaranmasının universitet məzunlarının layiqli məşğulluğu üçün böyük imkanların yaratdığını qeyd edən rektor cari ildə 1434, o cümlədən bakalavriat səviyyəsində 1277, magistratura səviyyəsində 157 tələbənin məzun olduğunu bildirmişdir.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparat rəhbərinin müavini - İnsan resursları şöbəsinin müdiri Elvin Paşayevin kənd təsərrüfatı naziri İnam Kərimovun təbriklərini çatdırmaqla Nazirliyin fəaliyyət istiqamətlərinə, prioritetlərə uyğun olaraq karyera imkanları barədə məlumat verib.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, respublikanın dövlət baş baytar müfəttişi Qalib Əbdüləliyev, Azərsun Holding MMC-nin Kənd Təsərrüfatı və Emal Müəssisələri üzrə İnsan Resursları Departamentinin müdiri Yaşar Savadov, Ekoloji təmiz məhsul istehsalçıları və ixracatçıları İctimai birliyinin direktoru Emin Əliyev, Kapital Bank Gəncə filialının müdiri Vüqar Paşayev, Agro Dairy MMC-nin İnsan Resursları üzrə Baş mütəxəssisi Natella Şeyx-zadə, MKT Istehsalat Kommersiya MMC-nin Təlim və İnkişaf üzrə Meneceri Elnur Axundov, Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ramal Məmmədov, habelə məzunlardan Şəhla Yusifova, Ayxan Abbasov, Orxan Muradzadə, Ağgül Əhmədova, Dinara Əliyeva, Fərrux İsayev, Nailə Həmidli və başqaları çıxış ediblər.

Qeyd edək ki, “Məzun Yarmarkası-2021”-də ümumilikdə iştirak edən 72 müəssisə və təşkilatdan 536 vakant yer təqdim olunub.

ADAU-da onlayn “Məzun Yarmarkası-2021” tədbiri keçirilibADAU-da onlayn “Məzun Yarmarkası-2021” tədbiri keçirilibADAU-da onlayn “Məzun Yarmarkası-2021” tədbiri keçirilibADAU-da onlayn “Məzun Yarmarkası-2021” tədbiri keçirilibADAU-da onlayn “Məzun Yarmarkası-2021” tədbiri keçirilibADAU-da onlayn “Məzun Yarmarkası-2021” tədbiri keçirilibADAU-da onlayn “Məzun Yarmarkası-2021” tədbiri keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi