ADAU-da tələbələrə smart kartların verilməsinə başlanılıb
Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2018-ci il tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 3.6-cı bəndinin (Smart ödəniş vasitələrinin geniş tətbiqi) icrası ilə əlaqədar olaraq Təhsil Nazirliyinin müvafiq tövsiyə məktubuna əsasən Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tələbələrə “Azərbaycan Təhsil Kartı”nın verilməsinə başlanılıb.
Universitetin məlumatına görə,Azərbaycan Respublikası Mərkəzi Bankının dəstəyi ilə vahid formada hazırlanmış (“Kapital Bank” və “Mastercard”) smart kartlar tələbələrə təhsil müəssisəsinə giriş-çıxışın nəzarəti, tələbələrə aid olan otaqlara daxilolma, təqaüdün alınması, ictimai nəqliyyatda gediş haqlarının ödənilməsi, internet üzərindən, eləcə də universitet daxilində nağdsız ödənişlərin edilməsi, bir sıra ictimai iaşə məkanlarında, ticarət mərkəzlərində endirimlərdən faydalanmaq imkanları yaradır.
Hazırda birinci kursları əhatə edən layihə növbəti mərhələdə digər kurslarda təhsil alan tələbələr üçün də tətbiq olunacaqdır.
Faktinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın