ADAU-da Xocalı Soyqırımına həsr olunmuş tədbir keçirilib

ADAU-da Xocalı Soyqırımına həsr olunmuş tədbir keçirilib 

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 26 fevral – Xocalı Soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Faktinfo.az-ın məlumatına görə,tədbiri giriş sözü ilə açan Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, ermənilərin 28 il əvvəl Xocalıda törətdikləri bu qətliam, amansızlıq və vəhşilik təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır. Rektor qeyd edib ki, Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Milli Məclisi fevralın 26-nı Xocalı Soyqırımı Günü elan edib. Bu gün dünya ictimaiyyətinin Xocalı həqiqətləri barədə məlumatlandırılması istiqamətində işlər davam etdirilir.

Sonra İctimai elmlər və multikulturalizm kafedrasının professor-müəllim heyəti və tələbələr çıxış edərək soyqırımın dəhşətləri barədə məlumatlar veriblər.

Sonda tələbələrin hazırladığı kompozisiya nümayiş olunub, Xocalı Soyqırımı haqqında çəkilmiş sənədli film izlənilib.

ADAU-da Xocalı Soyqırımına həsr olunmuş tədbir keçirilibADAU-da Xocalı Soyqırımına həsr olunmuş tədbir keçirilibADAU-da Xocalı Soyqırımına həsr olunmuş tədbir keçirilibADAU-da Xocalı Soyqırımına həsr olunmuş tədbir keçirilibADAU-da Xocalı Soyqırımına həsr olunmuş tədbir keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi