ADAU ilə bağlı adından göndərilmiş müraciəti təkzib etdi: "Anonim niyə göndərirdim ki,şəxsiyyət vəsiqəmin surətini əlavə edərdim"
"Azərbaycan Dövlət Aqrar Universitetinin professor müəllim heyəti adından saytlara göndərilən məlumatın şəxsimə heç bir aidiyyatı yoxdur.
Mənim ADAU ilə bağlı heç bir problemim olmayıb və adımdan saytlara göndərilən məlumatlar da mətbuatda o halda dərc edilməli idi ki,təsdiqedici sənəd olsun.Çünkü bildiyim qədər saytlara şikayət məktubu ünvanlayan şəxs təsdiqedici sənəd kimi şəxsiyyət vəsiqəsinin surətini də göndərməlidir."
Bu fikirləri Faktinfo.az saytına göndərdiyi məlumatda Həsənov Naməddin Tofiq oğlu qeyd edir.Naməddin Həsənov onu da bildirir ki,10.11.2022-ci il tarixində müxtəlif başlıqlar altında yazılan tənqidi fikirlərə görə saytlara zəng edib.Bir neçə saytdan bu məzmunda məqalənin çıxardılmasına nail olub.Amma sonradan qərara gəlib ki,Azərbaycan Dövlət Aqrar Universitetinin professor müəllim heyəti adından saytlara göndərilən məlumatların ona aidiyyatı olmadığına dair xəbərin yayılmasına nail olsun.
Naməddin Həsənov:"Ola bilsin ADAU-ya rektor əvəzi təyin olunan Zəfər Qurbanovla universitetdə kimlərinsə problemi var və ya Universitetin bütün tələbələri neqativ halların qarşısının alınması üçün imtahanların test üsulu ilə keçirilməsini,onlara qarışıq şəkildə cavabların verilməsini tələb edir.Amma qarşı tərəf imtahanların yazılı şəkildə keçiriləcəyini bildirir.Bunun mənə nə aidiyyatı.Nədən bu xarakterdə xəbərlər mənim adımdan yayılmalıdır,başa düşə bilmirəm.Saytlara xəbər göndərəsi olsaydım anonim niyə göndərirdim ki,şəxsiyyət vəsiqəmin surətini əlavə edərdim,-deyə məlumatda qeyd edilir.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın