ADAU TV ölkəmizdə yutub platformasının rəsmi təsdiq nişanını əldə edən ilk universitet kanalı olub
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) yutub platformasında fəaliyyət göstərən kanalı ADAU TV platformanın rəsmi təsdiq nişanını əldə edib.
Faktinfo.az xəbər verir ki,Azərbaycanda ali təhsil müəssisələri arasında yutub platformasında rəsmi təsdiq nişanını əldə edən ilk universitet kanalı olan ADAU TV dörd mindən çox abunəçi sayı ilə tələbə və müəllimlərin həmçinin, kənd təsərrüfatı mütəxəssislərinin, fermerlərin diqqətini cəlb edir.
Kanalın bazasında mindən çox onlayn dərs, fermerlər üçün mütəxəssis məsləhətləri və tanıtım materialları mövcuddur.
Qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universiteti ölkəmizdə ilk tam Azərbaycan dilində xidmət göstərən yutub məzmun idarəetmə sistemi olan Baku Cms Media şirkəti ilə yutub platformasında videoların lisenziyalaşdırılması və məzmununun təhlükəsizliyi sahələrində əməkdaşlıq edir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın