Ağ Ev:"ABŞ İrana qarşı məhdudiyyətləri gücləndirəcək"

Ağ Ev:"ABŞ İrana qarşı məhdudiyyətləri gücləndirəcək" 

“ABŞ İranın nüvə proqramına aid olan məhdudiyyətləri uzatmaq və gücləndirmək niyyətindədir”.

Bunu Ağ Evin mətbuat katibi Cen Psaki ABŞ prezidenti Cozef Baydenin İrana münasibətinə dair suala cavabında bildirib.

O, prezidentin və dövlət katibinin vəzifəsinin icrasına başlamazdan əvvəl etdikləri çıxışlara istinad edərək deyib: “Prezident diplomatiyaya inandığını aydın şəkildə bəyan etdi. ABŞ İranın nüvə proqramı və narahatlıq yaradan başqa sahələrə məhdudiyyətləri uzatmaq və gücləndirmək niyyətindədir. İran bütün öhdəlikləri yerinə yetirəndən sonra dialoq mümkün olacaq”/Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi